Bank Of Baku

Fuad Musayev: “Petrjela bazası və stadionu olmayan “Neftçi”də necə işləyəcək?”

Fuad Musayev: “Petrjela bazası və stadionu olmayan “Neftçi”də necə işləyəcək?”
# 30 avqust 2007 11:49 (UTC +04:00)
“Vlastimil Petrjelanın “Neftçi” klubuna baş məşqçi təyin olunması xəbərinə çox sevindim”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib. F.Musayevin sözlərinə görə, V.Petrjelanın gəlişi Azərbaycan futboluna böyük xeyir verə bilər: “Petrjela Çexiya məşqçilik məktəbinə xas xüsusiyyətlərə malikdir. Şəxsən tanımasam da, bilirəm ki, çox güclü klublarda çalışıb. O, nəinki “Neftçi”, hətta bütün komandalarımıza gərəkli olan həddən artıq tələbkarlıq və peşəkarlıq xüsusiyyətlərinə malikdir. Rusiyanın “Zenit” klubunda çalışarkən, onun fəaliyyətini yaxından izləyirdim. Son zamanlar sankt-peterburqluların oyunlarını izləyənlər arasında olması məndə yenidən bu komandaya qayıdacağı qənaətini formalaşdırmışdı. Lakin məhz Azərbaycana üstünlük verməsi gözlənilməz oldu”. Sabiq baş məşqçi Qurban Qurbanova həm futbolçu, həm də məşqçi kimi hörməti olduğunu vurğulayan sabiq prezident gənc mütəxəssisin idman direktoru yox, V.Petrjelanın köməkçisi kimi çalışmasını daha məqsədəuyğun sayıb. Onun fikrincə, çexiyalı mütəxəssisin bazası və stadionu olmayan klubda çalışması müəyyən problemlər yaradacaq: “Neftçi”nin nə bazası var, nə də stadionu, Petrjela burada necə işləyəcək? Üstəlik, stadionlarımızın əksəriyyəti bərbad gündədir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR