Bank Of Baku

Samir Əliyev: “Mənim üçün “Neftçi”yə kimin baş məşqçi gətirilməsinin fərqi yoxdur”

Samir Əliyev: “Mənim üçün “Neftçi”yə kimin baş məşqçi gətirilməsinin fərqi yoxdur”
# 30 avqust 2007 13:03 (UTC +04:00)
“Mənim üçün “Neftçi”yə kimin baş məşqçi gətirilməsinin fərqi yoxdur. Mən peşəkar futbolçuyam, əsas vəzifəm meydana çıxıb qol vurmaq, komandama kömək etməkdir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan yığmasının və “Neftçi” klubunun hücumçusu Samir Əliyev deyib. 28 yaşlı futbolçu çexiyalı Vlastimil Petrjelanın “Neftçi”nin baş məşqçisi postunda Qurban Qurbanovu əvəzləməsi barədə geniş danışmaq istəməyib: “Qurban Qurbanov çox yaxşı məşqçidir. Onun gələcəyi qabaqdadır. Petrjela haqqında isə onun işini gördükdən sonra danışmaq mümkündür”. S.Əliyev gələcəkdə “Neftçi”də keçiriləcək ağır məşqlərdən çəkinmədiyini bildirib: “Petrjelanın “Neftçi”nin fiziki hazırlığından narazı qaldığını mən də eşitmişəm. Gələcəkdə keçiriləcək fiziki hazırlıqdan prosesindən qorxmuram. Mən çox ağır məşqlər görmüşəm. Fikrimcə, Petrjelanın rəhbərliyi altında oynamaq mənə çətin olmayacaq. Onun “diktator” olub-olmamasının isə prinsipial fərqi yoxdur. Ən başlıcası, məşqlərdə fəallığımla seçilməli, məşqçinin tələblərinə cavab verməliyəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR