Bank Of Baku

Azərbaycan yığmasına üç yeni futbolçu dəvət olunub

Azərbaycan yığmasına üç yeni futbolçu dəvət olunub
# 30 avqust 2007 14:13 (UTC +04:00)
21 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində sentyabrın 8-də Bakıda Yunanıstan, dörd gün sonra isə səfərdə Xorvatiya ilə qarşılaşacaq U-21-ə 20 futbolçu çağırılıb. Baş məşqçi Şakir Qəribov yığmaya 3 yeni oyunçu dəvət edib. Qitə birinciliyinin seçmə mərhələsində Nizami Hacıyev, Tural Nərimanov və Əziz Quliyev ilk dəfə olimpiya yığmasının formasını geyinmək şansı qazanacaqlar. Bundan başqa, milli komandanın son görüşlərində çıxış etməyən Elmar Xeyirov heyətə qaytarılıb.
Qapıçılar: Kamran Ağayev (“Xəzər-Lənkəran”), Vəli Qafarov (Standard-Bakı”).
Müdafiəçilər: Namiq Yusifov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Nodar Məmmədov, Timur İsrafilov (hər ikisi “Qarabağ”), Ramin Tanrıverdiyev (“Karvan”), Səbuhi Həsənov.
Yarımmüdafiəçilər: Elvin Məmmədov (“Turan”), Tagim Novruzov (“Qarabağ”), Arif Daşdəmirov (“MKT-Araz”), Əziz Quliyev (“Karvan”), Tural Nərimanov (“Standard”), Elmar Xeyirov (“ABN-Bərdə”).
Hücumçular: Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Xəzər-Lənkəran”), Samir Zərgərov (“Qəbələ”), Asif Məmmədov (“Standard”), Rövşən Əmiraslanov (“Masallı”), Nizami Hacıyev (“İnter”).
U-21-in üzvləri sentyabrın 3-də bir araya gələcəklər. Komanda “Konsul” otelində məskunlaşacaq. Şakir Qəribov yetirmələrinə “Ədliyyə” və Gənclər Futbol Məktəbinin stadionunda məşqlər keçəcək. Yunanıstan yığması ilə oyunun son hazırlıq məşqi matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Qarşılaşma saat 18:00-da başlanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR