Bank Of Baku

Vlastimil Petrjela Bakıya rəfiqəsini və itlərini də gətirəcək

Vlastimil Petrjela Bakıya rəfiqəsini və itlərini də gətirəcək
# 30 avqust 2007 15:22 (UTC +04:00)
“Neftçi” klubunun yeni baş məşqçisi Vlastimil Petrjela Bakıya sabah axşam gələcək. Bu barədə “APA-Sport” agentliyinə Vlastimil Petrjelanın özü məlumat verib. Bakıda harada qalacağının müəyyənləşdirilmədiyini vurğulayan çexiyalı mütəxəssisin sözlərinə görə, otel, mənzil və ya bağ evi arasında seçim edəcək. Özünə hələlik köməkçi götürmədiyini söyləyən V.Petrjela “Neftçi” klubuna yeni futbolçular cəlb etmək fikrində olmadığını bildirib: “Yeni oyunçulara ehtiyac görmürəm. “Neftçi”də kifayət qədər bacarıqlı futbolçular var”. 54 yaşlı çalışdırıcı Bakıda tək deyil, rəfiqəsi və itləri ilə yaşayacaq. Onun “Bertik”, “Brufik” və “Aysofiya” adlı üç iti var. V.Petrjela bildirib ki, itlərini sentyabrın sonlarında Azərbaycana gətirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR