Bank Of Baku

Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb
# 31 avqust 2007 07:37 (UTC +04:00)
Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Türkiyə klublarından “Beşiktaş” A qrupunda “Liverpul” (İngiltərə), “Marsel” (Fransa), “Portu” (Portuqaliya), “Fənərbaxça” isə G qrupunda “İnter” (İtaliya), PSV “Eyndhoven” (Hollandiya) və MOİK (Rusiya) klubları ilə birgə yer alıb. Digər qrupların tərkibi belədir:

B qrupu: “Valensiya” (İspaniya), “Çelsi” (İngiltərə), Rusenborq” (Norveç), “Şalke-04” (Almaniya)

C qrupu: “Latsio” (İtaliya), “Real” (İspaniya), “Verder” (Almaniya), “Olimpiakos” (Yunanıstan)

D qrupu: “Seltik” (Şotlandiya), “Milan” (İtaliya), “Benfika” (Portuqaliya), “Şaxtyor” (Ukrayna)

E qrupu: “Lion” (Fransa), “Reyncers” (Şotlandiya), “Ştutqart” (Almaniya), “Barselona” (İspaniya)

F qrupu: “Mançester Yunayted” (İngiltərə), “Roma” (İtaliya), “Dinamo” (Kiyev, Ukrayna), “Sportinq” (Portuqaliya)

H qrupu: “Styaua” (Rumıniya), “Arsenal” (İngiltərə), “Sevilya” (İspaniya) və ya AEK (Yunanıstan), “Slaviya” (Çexiya).

İlk turun oyunları sentyabrın 18-19-da keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR