Bank Of Baku

UEFA Çempionlar Liqasında ötən mövsümün ən yaxşı futbolçularının adlarını açıqlayıb

UEFA Çempionlar Liqasında ötən mövsümün ən yaxşı futbolçularının adlarını açıqlayıb
# 31 avqust 2007 08:22 (UTC +04:00)
Monakoda atılan Çempionlar Liqasının qrup mərhələsinin püşkü çərçivəsində UEFA tərəfindən ilin ən yaxşı futbolçularının adları açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, İtaliyanın “Milan” klubunun hücuma meylli yarımmüdafiəçisi Kaka ilin futbolçusu sayılıb. Braziliyalı futbolçu həm də, ilin ən yaxşı forvardı üçün ayrılan mükafata sahib çıxıb. “Milan”ın daha iki üzvü - Paolo Maldini ilin müdafiəçisi, hollandiyalı Klarens Zeedorf isə ilin yarımmüdafiəçisi mükafatını alıb. İngiltərənin “Çelsi” klubunun şərəfini qoruyan çexiyalı Petr Çex isə ilin qapıçısı hesab olunub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR