Bank Of Baku

Vlastimil Petrjela Rövnəq Abdullayevlə qonşu olacaq

Vlastimil Petrjela Rövnəq Abdullayevlə qonşu olacaq
# 31 avqust 2007 09:03 (UTC +04:00)
V.Petrjela bildirib ki, dənizə açılan möhtəşəm mənzərəli gözəl evdə yaşayacaq: “Neftçi”nin prezidenti ilə qonşu olacağıq. Ümumiyyətlə, Azərbaycan sivilizasiyalı ölkədir. Orada təhlükəsizliklə bağlı heç problem olmayacaq. Yalnız ağlasığmaz istilik var. İnsanlar şəhərdə maşınlarla çılğın hərəkət edirlər. Bunları çıxmaq şərtilə Bakıda özümü gözəl hiss edəcəm”. “Neftçi”ni Azərbaycanın Superklubu adlandıran V.Petrjelanın fikrincə, klubda yaxşı infrastruktur və son iki ildə əldə edilməyən hədəfə çempionluğa nail olmaq üçün hər cür şərait var: “Mən komandanın oyununu gördüm. Deyə bilərəm ki, bu oğlanlar pis futbol oynamırlar. Hər halda, “Neftçi” başdan-ayağa 20 yaşlı gənclərlə hamının məndən möcüzə gözlədiyi “Siqma” deyil”.
Qeyd edək ki, V.Petrjela Çexiyanın “Siqma” klubunu finişə bir tur qalmış ölkə çempionatının yüksək liqasında saxlamağı bacarıb. Lakin klub rəhbərliyi onunla müqaviləni pozub. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR