Bank Of Baku

“Qalatasaray” Şabani Nonda ilə müqavilə bağlayıb

“Qalatasaray” Şabani Nonda ilə müqavilə bağlayıb
# 31 avqust 2007 09:10 (UTC +04:00)
Türkiyənin “Galatasaray” klubu heyətini gücləndirib. “APA-Sport” agentliyinin məlumatına görə, İstanbul şəhəri təmsilçisi İtaliyanın “Roma” klubunun hücumçusu Şabani Nondanı heyətinə qatıb. 30 yaşlı konqolu futbolçu “Qalatasaray” klubunda ilinə 1 milyon 300 min avro qazanacaq. Rəhbərlik, həmçinin Ş.Nondanın qarşılığında “Roma” klubuna 1 milyon avro ödəyib.
Qeyd edək ki, İsveçrənin “Sürix”, Fransanın “Renn” və “Monako” klublarında çıxış edən Ş.Nonda, ötən mövsüm icarə əsasında İngiltərənin “Blekbern” klubunda oynayıb.
/APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR