Bank Of Baku

Rusiyalı milyarder İngiltərənin “Arsenal” klubunun səhmlərini alıb

Rusiyalı milyarder İngiltərənin “Arsenal” klubunun səhmlərini alıb
# 31 avqust 2007 09:15 (UTC +04:00)
Rusiyalı milyarder Alişer Usmanov İngiltərənin “Arsenal” klubunun səhmlərini alıb. “APA-Sport” agentliyinin məlumatına görə, A.Usmanov səhmlərin 14,58 faizini almaqla, klubun sahiblərindən birinə çevrilib. Bu, rusiyalı iş adamına 75 milyon funta (təxminən 150 milyon ABŞ dolları) başa gəlib. A.Usmanov eyni zamanda, “Arsenal”ın səhmlərinin məxsus olduğu “Red and White” şirkətinin rəhbərliyində təmsil olunmaq imkanı qazanıb. O, gələcəkdə fəaliyyətini genişləndirərək, səhmlər paketinin daha çox hissəsini ələ keçirmək fikrində olduğunu söyləyib. Bununla da, A.Usmanov “Çelsi”nin prezidenti Roman Abramoviçdən sonra İngiltərə klublarında səhmlərə sahib ikinci rusiyalı olub. Bundan başqa, Premyer-Liqanın digər 7 komandasının - “Aston Villa” (Rendi Lerner, ABŞ), “Liverpul” (Corc Cillet və Tom Hiks, ABŞ), “Fulhem” (Məhəmməd Əl-Fayed, Misir), “Portsmut” (Aleksandr Qaydamak, İsrail), “Vest Hem” (Eqqert Maqnusson, İslandiya), “Mançester Yunayted” (Malkolm Qleyzer, ABŞ) və “Mançester Siti”də (Taksin Çinavat, Tailand) rəhbərliyində də əcnəbilər yer alıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR