Bank Of Baku

Rövnəq Abdullayev: “Neftçi”nin “Zenit” kimi oynamasını istəyirəm”

Rövnəq Abdullayev: “Neftçi”nin “Zenit” kimi oynamasını istəyirəm”
# 31 avqust 2007 09:37 (UTC +04:00)
Rövnəq Abdullayev yeni baş məşqçi Vlastimil Petrjeladan “Neftçi” klubunun “Zenit” kimi oyun nümayiş etdirməsini istəyib. Klub prezidenti 54 yaşlı çexiyalı mütəxəssisin qarşısına komandanın sürətli, hücumameylli və maraqlı futbol oynatmaq şərtini qoyub. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə Vlastimil Petrjela Çexiya mətbuatına açıqlamasında bildirib: “Klub prezidenti istəyir ki, “Neftçi” Rusiya vitse-çempionu olduğu vaxt “Zenit”ə oynatdığım futbolu nümayiş etdirsin”. V.Petrjela “Neftçi” üçün yaradılan şəraitlə tanış olmaq üçün R.Abdullayevin ona bir həftə Bakıda qalmaq imkanı yaratdığını bildirib: “Gəldim və gördüm ki, prezident düz deyibmiş. Şərait sadəcə, heyranedicidir”. Bakıya gələnədək adı hətta Belarus milli komandasının baş məşqçi postuna namizədlər sırasında göstərilən V.Petrjelanın “Neftçi” ilə cəmi bir il müddətinə müqavilə bağlamasının da səbəbi məlum olub. Baş məşqçi Çexiya “Siqma”sı ilə bağlı situasiyanın təkrarlanmamasından sığortalanıb. Belə ki, o, “Siqma” ilə iki il müddətinə müqavilə bağlasa da, komandanı vaxtından bir il tez tərk edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR