Bank Of Baku

“Karvan” Türkmənistan yığmasının hücumçusunu transfer edib

“Karvan” Türkmənistan yığmasının hücumçusunu transfer edib
# 31 avqust 2007 15:06 (UTC +04:00)
“Karvan” klubu XVI milli çempionatda “transfer pəncərəsi”nin bağlanması ərəfəsində beş transfer reallaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, Yevlax təmsilçisi heyətinə daha beş legioner cəlb etməklə, əcnəbi futbolçularının sayını 11-ə çatdırıb. Klub rəhbərliyi Türkmənistan milli komandasının 25 yaşlı hücumçusu Məmmədəli Karaqanovu heyətə cəlb edib. “Karvan”dakı həmyerlisi Məkan Nəsirovla yığmada bir yerdə çıxış edən M.Karaqanov vətənində XTTU klubunun heyətində ölkə çempionluğunu qazanıb. “Karvan”ın keçidinin həll etdiyi digər dörd legioner nigeriyalılardır. Bunlar müdafiəçilər 19 yaşlı Uçena Okonvo, 18 yaşlı Niyi Adekunde, 18 yaşlı mərkəz yarımmüdafiəçisi Okora Mamadabu və 17 yaşlı sağ cinah yarımmüdafiəçisi Ebuka Anidir. Nigeriyalılar bunadək vətənlərində ölkə çempionatında 4-cü yerdə gedən “Qabro İnterneşnl” klubunda çıxış edib. Yeni legionerlərinin adlarını AFFA-ya təqdim etdiyi sifariş vərəqəsinə əlavə edən “Karvan” “Turan”la sabahkı səfər oyununda M.Karaqanovun xidmətindən yararlana bilməyəcək. Belə ki, “Karvan”ın hazırlığında iştirak edən nigeriyalılardan fərqli, M.Karaqanov müqavilə bağladıqdan sonra şəxsi işləri ilə əlaqədar vətəninə yollanıb.
Qeyd edək ki, “Karvan” yeni legionerləri ilə üç illik müqavilə imzalayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR