Bank Of Baku

Azərbaycan futbol yığmasının Türkiyə ilə yoldaşlıq görüşü təxirə salınıb

Azərbaycan futbol yığmasının Türkiyə ilə yoldaşlıq görüşü təxirə salınıb
# 31 avqust 2007 15:15 (UTC +04:00)
Azərbaycanın 19 yaşınadək qızlardan ibarət futbol üzrə yığmasının (U-19) Türkiyəyə səfəri təxirə salınıb. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, buna Türkiyə komandası ilə keçirilməsi nəzərdə tutulan oyunların məkanın dəyişdirilməsi səbəb olub. B.Əsgərov bildirib ki, məkanın dəyişdirilməsindən sonra ortaya müəyyən problemlər çıxıb: “Bizə öncə yoldaşlıq görüşlərinin Trabzonda keçiriləcəyini demişdilər. Səfərə avtobusla yollanmağı planlaşdırmışdıq. Lakin bir neçə gün əvvəl oyunların İstanbula təyin olunması haqqında məlumat aldıq. İstanbula isə bilet tapa bilmədik və nəticədə yığmanın səfəri təxirə salındı”. U-19-un Türkiyəyə sentyabrın 4-də yollanacağı gözlənilirdi. Razılığa əsasən, yeniyetmə futbolçularımız Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 5-də və 7-də türkiyəli həmyaşıdları qarşılaşmalı idilər. Məlum problemdən sonra səfər sentyabrın 15-22-si aralığına təxirə salınıb. Eyni zamanda, U-19-un Türkiyədə neçə yoldaşlıq görüşünə çıxacağı dəqiqləşməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR