Bank Of Baku

Azərbaycan yığması Rusiyaya yollanır

Azərbaycan yığması Rusiyaya yollanır
# 01 sentyabr 2007 09:44 (UTC +04:00)
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyaya səfərə hazırlaşır. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun baş məşqçisi olduğu yığma komanda 2009-cu il Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlığın növbəti mərhələsini Krımsk şəhərində keçirəcək. Sentyabrın 6-dan 12-dək davam edəcək təlim-məşq prosesində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin hələ müəyyənləşmədiyi matçlar sentyabrın 8-də, 10-da və 12-də baş tutacaq. A.Əsədov Krımska aparacağı heyəti sentyabrın 3-də açıqlayacaq. Belə ki, yığmanın çalışdırıcısı bu gün və sabah keçiriləcək milli çempionatın 4-cü turunun oyunlarını izlədikdən sonra heyəti müəyyənləşdirəcək. A.Əsədovun komandası oktyabrda start götürəcək seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə ötən ay Gürcüstanla iki yoxlama oyunu keçirib. Qeyd edək ki, Tiflisdə keçirilən bu oyunların birincisini uduzan (1:3) yığmamız sonrakı görüşdə 1:0 hesabı ilə qələbə qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR