Bank Of Baku

UEFA Anatoli Doroşu üç oyunluq cəzalandırıb

UEFA Anatoli Doroşu üç oyunluq cəzalandırıb
# 01 sentyabr 2007 10:25 (UTC +04:00)
UEFA-nın hazırda “Standard” klubunda çıxış edən moldovalı Anatoli Doroşla bağlı çıxardığı cəza bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, qitə futbol qurumunun Nizam-İntizam Komitəsi 24 yaşlı hücumçunun üç oyunluq diskvalifikasiya edilməsi barədə qərar çıxarıb. UEFA AFFA-ya göndərdiyi sənəddə A.Doroşa kəsilən cərimə məbləğini göstərməyib. A.Doroş UEFA kubokunun birinci təsnifat mərhələsində Polşanın “Qrotslin” klubu ilə səfərdə keçirilən cavab görüşünün 81-ci dəqiqəsində rəqibi qəsdən zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. “MKT-Araz” maliyyə problemi ucbatından dağıldıqdan sonra “Standard” klubuna keçən moldovalı hücumçunun cəzası növbəti avrokuboklar mövsümünə şamil ediləcək. Belə ki, A.Doroş “MKT-Araz”ın heyətində cari avrokuboklar mövsümündə oynadığından, başqa klubun heyətində UEFA bayrağı altında keçirilən yarışın iştirakçısı ola bilməz. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR