Bank Of Baku

Vlastimil Petrjela bu gün Azərbaycana gəlib

Vlastimil Petrjela bu gün Azərbaycana gəlib
# 01 sentyabr 2007 10:38 (UTC +04:00)
“Neftçi” klubunun yeni baş məşqçisi Vlastimil Petrjela bu gün Bakıya gəlib. “APA-Sport” agentliyinin məlumatına görə, çexiyalı mütəxəssis XVI milli çempionatın IV turunun oyunlarını izləyəcək. O, “Neftçi”nin sabah “İnter”lə Zabrat qəsəbə stadionunda keçiriləcək görüşü ilə yanaşı, bu gün də matç izləməyi planlaşdırır. Belə ki, V.Petrjela “Standard” və “Bakı” klublarının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək oyununu izləyəcək. Bununla da, çexiyalı mütəxəssis “İnter”lə görüşü nəzərə alsaq, ardıcıl ikinci həftə “Bakı”nın oyununu seyr edəcək. Ancaq V.Petrjelanı hazırda “Standard”ın oyunu maraqlandırır. Belə ki, “Neftçi”nin növbəti turda rəqibi məhz bu komanda olacaq. Sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda yeni klubunun sükanı arxasında debüt edəcək.
Qeyd edək ki, “Neftçi” V.Petrjelanı ictimaiyyətə sentyabrın 3-də saat 12:00-da keçirəcəyi mətbuat konfransında təqdim edəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR