Bank Of Baku

Azərbaycan futbol çempionatında yay transfer mövsümü başa çatıb

Azərbaycan futbol çempionatında yay transfer mövsümü başa çatıb
# 01 sentyabr 2007 11:20 (UTC +04:00)
Futbol üzrə Azərbaycan çempionatında yay transfer mövsümü başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, “transfer pəncərəsi” avqustun 31-də iş gününün sonunda bağlanıb. İyunun 1-dən başlanan yay mövsümündə təxminən 100-dək transfer həyata keçirilib. Milli çempionatda mübarizə aparan klubların heyətə yeni futbolçular cəlb etməsinə 2008-ci ildə icazə veriləcək. Reqlamentə əsasən, ölkə birinciliyinin dövrələrarası fasiləsində “transfer pəncərəsi” 1 fevral 1 mart aralığında açıq olacaq.
Qeyd edək ki, Avropa milli futbol çempionatlarında da yay transfer mövsümünə dünən yekun vurulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR