Bank Of Baku

Lider dəyişdi, “Masallı” isə ilk qələbəsini qazandı

Lider dəyişdi, “Masallı” isə ilk qələbəsini qazandı
# 01 sentyabr 2007 19:07 (UTC +04:00)
Masallının eyni adlı klubu Azərbaycan çempionatının 4-cü turunda öz meydanında Ağdamın “Qarabağ” klubunun qəbul etdi. İlk dəqiqələrdən qələbə əzmkarlığını nümayiş etdirən ağdamlılar bir neçə təhlükəli vəziyyətdən istifadə edə bilmədilər. Buna cavab olaraq Masallı futbolçuları 11-ci dəqiqədə az qala hesabı açacaqdılar, lakin optimal vəziyyətdən hesabı aça bilmədilər. Gərgin keçən oyuna daha da həyəcan gətirən Fabiu Rikardu oldu. O, 46-cı dəqiqədə ustalığı sayəsində hesabı açıdı. Bundan sonra “Qarabağ”ın kəskin hücumları heç bir nəticə vermədi. Qonaqlar hesabı bərabərləşdirməyə ən yaxın yaxın 80-ci dəqiqədə oldular. Lakin vəziyyətdən istifadə edə bilmədilər. Bu dəfə də Masallı futbolçuları müdafidə dəqiq oynadılar. Nətcədə, “Masallı” klubu çempionatda ilk qələbəsini, “Qarabağ” klubu isə 4-cü məğlubiyyətini qazandı: 1:0 (0:0).
Turun digər oyunlarında isə belə hesablar qeydə alınıb:

“Turan” - “Karvan” 1:5 (0:1)
Kamara, 41 (0:1), 72 (0:3), Axalkatsi 50 (0:2), 82 (0:5), Fereyra, 77-pen. (0:4), Qarayev, 88 (1:5).

“Gənclərbirliyi” - “Simurq” - 0:3 (0:1)
Mazyar, 19 (0:1), Hüseynov, 50 (0:2), 55 (0:3).

“Standard” - “Bakı” - 1:1 (0:0)
Rodriqes, 50 (0:1), Nərimanov, 78 (1:1).

Bu günə olan nəticələrə əsasən “Simurq” ölkə çempionatında liderliyə yüksəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR