Bank Of Baku

Azərbaycan yığmasının Gürcüstanla oyuna heyəti açıqlanıb

Azərbaycan yığmasının Gürcüstanla oyuna heyəti açıqlanıb
# 03 sentyabr 2007 08:27 (UTC +04:00)
Azərbaycan milli komandasının Gürcüstanla sentyabrın 12-də Bakıda keçirəcəyi oyuna heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şahin Diniyev avqustun 22-də Tacikistanla səfərdə keçirilən yoldaşlıq görüşü ilə müqayisədə heyətdə bir dəyişiklik edib. Belə ki, “Qarabağ”ın yarımmüdafiəçisi Murad Ağakişiyev Türkiyənin “Sivasspor” klubunda çıxış edən İlqar Qurbanovla əvəzlənib. Ş.Diniyev Polşanın “Qrotslin” klubunda çıxış edən Saşa Yunisoğlu klubunda möhkəmlənməyə imkan yaratmaq məqsədilə budəfəki toplanışa da dəvət etməyib.

Qapıçılar: Fərhad Vəliyev (“Qarabağ”), Cahangir Həsənzadə (“İnter”).
Müdafiəçilər: Samir Abbasov (“İnter”), Ramin Quliyev (“Neftçi”), Zaur Həşimov (“Xəzər-Lənkəran”), Aslan Kərimov (“Qarabağ”), Elvin Əliyev (“Olimpik”). Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Ramazan Abbasov (hər ikisi “Neftçi”), Emin Quliyev, Elmar Baxşıyev, Alim Qurbanov, Ceyhun Sultanov (hamısı “Xəzər-Lənkəran”), Emin İmaməliyev (“İnter”), İlqar Qurbanov (“Sivasspor”, Türkiyə). Hücumçular: Samir Əliyev, Branimir Subaşiç (hər ikisi “Neftçi”), Xaqani Məmmədov (“İnter”). /APA-Sport/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR