Bank Of Baku

Şahin Diniyev: “Murad Ağakişiyevin gözəlliyinə, boyuna, çəkisinə vurulduğum üçün dəvət göndərmirdim ki?”

Şahin Diniyev: “Murad Ağakişiyevin gözəlliyinə, boyuna, çəkisinə vurulduğum üçün dəvət göndərmirdim ki?”
# 03 sentyabr 2007 08:46 (UTC +04:00)
“Murad Ağakişiyevin son vaxtlar göstərdiyi oyun məni qane etmədiyi üçün onu milli komandaya çağırmadım”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan futbol yığmasının baş məşqçisi Şahin Diniyev deyib. Ş.Diniyev bildirib ki, “Qaraba𔝠klubunun hücumçusu M.Ağakişiyevin sentyabrın 12-də Bakıda Gürcüstan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşünə dəvət almamasında kənar amillərin təsiri olmayıb: “Mənə nə “Qarabağ”ın baş məşqçisi Rasim Kara, nə də başqaları Muradı yığmaya çağırmamağı tövsiyə edib. Sadəcə, hücumçunun oyunu məni razı salmadı. İndiyədək Muradın gözəlliyinə, boyuna, çəkisinə vurulduğuma görə dəvət göndərmirdim ki? Hər halda, milli komandaya çağırılmaq üçün ilk növbədə futbolçunun hazırlığı önəm daşıyır”. Baş məşqçi Gürcüstanla matçın hazırlığına sentyabrın 6-da başlayacaqlarını söyləyib. Həmin gün “Neapol” otelində bir araya gələcək yığma üzvləri səhər Dövlət Yol Polisi İdarəsinin, axşam isə Zabrat qəsəbə stadionunda məşq edəcəklər. Milli komandamız son məşqinə sentyabrın 11-də qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda çıxacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR