Bank Of Baku

Əli Hüseynov: “Lazım olsaydı, mən özüm AFFA rəsmilərinə təzyiq göstərərdim”

Əli Hüseynov: “Lazım olsaydı, mən özüm AFFA rəsmilərinə təzyiq göstərərdim”
# 03 sentyabr 2007 09:32 (UTC +04:00)
AFFA Hakimlər Komitəsinin və Texniki-Tərəqqi və İnkişaf Departamentinin sabiq rəhbəri Əli Hüseynov özünə yeni iş yeri tapıb. Bu barədə “APA-Sport” agentliyinə Ə.Hüseynovun özü məlumat verib. O, idman məktəblərindən birində aparıcı baş mütəxəssis vəzifəsində çalışacaq. Ə.Hüseynov AFFA-da tutduğu vəzifələrdən məhz yeni işinə görə istefa verdiyini bildirib: “Başqa işdə fəaliyyətimi davam etdirmək qərarına gəldim. Buna görə də istefa ərizəmi yazdım”. Ə.Hüseynov AFFA-da ona qarşı təzyiqlər göstərilmədiyini söyləyib: “AFFA-da mənə heç kəs təzyiq göstərməyib. Lazım olsaydı, mən özüm AFFA rəsmilərinə təzyiq göstərərdim”. Keçmiş komitə sədri qərəzli münasibətin qurbanı olması ehtimalı ilə də razılaşmayıb: “AFFA-nın kollektivindən heç vaxt pislik görməmişəm. Federasiya işçiləri mənə qarşı qərəzli mövqe tutmayıblar”. Ə.Hüseynov vurğulayıb ki, Texniki-Tərəqqi və İnkişaf Departamentinə yeni rəis tapmaq asan işdir: “Departamentə min nəfər rəis tapmaq mümkündür”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR