Bank Of Baku

Vlastimil Petrjela: “Azərbaycanda işləməyimi Çexiyada faciə kimi qələmə veriblər”

Vlastimil Petrjela: “Azərbaycanda işləməyimi Çexiyada faciə kimi qələmə veriblər”
# 03 sentyabr 2007 15:10 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Neftçi” klubunun yeni baş məşqçisi Vlastimil Petrjela deyib. Bu gün təqdimetmə mərasimində çexiyalı mütəxəssis bir illik müqavilə imzaladıqdan sonra klubun vitse-prezidenti Ramin Musayev ona “Neftçi”nin şərfini bağışlayıb. Daha sonra V.Petrjela yeni komandasının iki oyununu izlədiyini və bundan razı qalmadığını vurğulayıb: “Qəbələ” və “İnter”lə görüşləri izləmişəm. Narazı qaldığımı deyə bilmərəm. Belə qəbul olunub ki, baş məşqçi bu postda əvəzlədiyi şəxsi tənqid etməməlidir. Mən də buna əməl etməyi məqsədəuyğun sayıram. Açığı, “Neftçi” haqda məlumatım yox idi. Bununla belə, “Neftçi” avrokuboklarda oynadığı üçün tanınır. Heyətlə bağlı ciddi dəyişiklik etmək fikrim yoxdur”. Çexiyalı mütəxəssis təklifi qəbul etməkdə tərəddüd etdiyini gizlətməyib. O, hazırkı komandasında işlədiyinə görə, Çexiyada qınaq obyektinə çevrildiyini də bildirib: “Neftçi” rəhbərliyi təkid edərək, sonda məni razı saldılar. Dedilər ki, Azərbaycana gəlin, Bakı, “Neftçi” ilə, şəraitlə tanış olun. Vətənimə qayıdandan sonra “Netçi”nin təklifini qəbul etməklə, tənqidlərə məruz qaldım. Hətta bunu faciə kimi qələmə verdilər. Rusiya mətbuatında bu təklifi qəbul etməyimi geriyə addım kimi dəyərləndiriliblər. Bununla belə, “Neftçi”nin çempion olacağına əminəm. Azərbaycan çempionatının oyunlarını izlədikdən sonra gördüklərim, futbolçuların yaxşı texnikaya malik olması məni təəccübləndirdi. Sadəcə, fiziki, taktiki planda işləmək lazımdır. Onu da nəzərə almalıyıq ki, Azərbaycanda meydançaların pis vəziyyətdə olması, futbolçuların texnikalı oyun nümayiş etdirməsinə maneçilik törədir. Mən indiyədək belə meydançalarda işləməmişəm”. Çexiyalı çalışdırıcı Azərbaycanda havaların isti olmasından şikayətlənib. Kazino həvəskarı olan V.Petrjela ölkəmizdə buna qadağa qoyulmasının fərqinə varmadığını söyləyib: “Burda kazinolara qadağa olmağın mənim üçün heç bir fərq eləmir. Məgər futbolu kazinoda oynayırlar? Həmişə mətbuatla yaxşı ünsiyyətlə olmuşam. Heç vaxt media ilə problemim olmayıb. Həmişə sözün düzünü demişəm, Azərbaycanda işlədiyim dövrdə də buna əməl edəcəyəm”. V.Petrjela “Neftçi”də köməkçilərinin müəyyənləşmədiyini söyləyib. /APA-Sport/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR