Bank Of Baku

Ramin Musayev: “Özünü seyid sayan şəxs yanımda şərab içib, onu hamı yaxşı tanıyır”

Ramin Musayev: “Özünü seyid sayan şəxs yanımda şərab içib, onu hamı yaxşı tanıyır”
# 03 sentyabr 2007 11:57 (UTC +04:00)
“Klub rəhbərliyinin baş məşqçi Qurban Qurbanovdan elə də narazılığı yox idi. Sadəcə, son vaxtlar “Neftçi”yə qarşı təzyiqlər çoxalmışdır. Qurban da gənc olduğundan bu təzyiqlərə davam gətirmədi. Baş məşqçi postunda dəyişiklik edilməsi onun şəxsi fikri idi. Biz də belə olan halda, baş məşqçi postuna Vlastimil Petrjelanı dəvət etdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Çexiyalı mütəxəssis Vlastimil Petrjelanı jurnalistlərə təqdim edən R.Musayev yeni baş məşqçinin gələcək taleyinin onun işinin nəticəsindən asılı olacağını söyləyib: “Komandamızın qarşısında həmişə çempionluq, kuboka sahib çıxma uğrunda oynamaq vəzifəsi durub. “Neftçi” Petrjelanın rəhbərliyi altında çempion olmaya bilər. Ancaq çexiyalı mütəxəssisin keçdiyi məşqlər, komandanı necə hazırlaşdırması, onunla əməkdaşlığımızın gələcəkdə də davam etdirməsinə böyük təsir göstərəcək”. R.Musayev “Neftçi”yə qarşı təzyiqlərin artmağının V.Petrjelanın işinə mənfi təsir göstərməcəyini bildirib. O, çexiyalı mütəxəssisə qarşı təzyiqləri real saymayıb: “Neftçi”yə quyu qazanlar özləri bu quyuya düşüb. Başa düzmək lazımdır ki, “Neftçi” nə Rövnəq Abdullayevin, nə də Ramin Musayevin komandasıdır. “Neftçi” Azərbaycan xalqının komandasıdır. Ancaq təəssüf ki, mətbuatda gedən yazılarla və hakimlərin oyuna təyinatı vasitəsilə “Neftçi”yə qarşı təzyiqlər edilir. Dünən keçirilən “İnter” “Neftçi” oyunu bunun bariz nümunəsi oldu. Həmin matçda hakim heç “İnter”ə də işləmirdi. Onun məqsədi üçüncü qüvvənin xeyrinə işləmək idi ki, hər iki komandanın xal itirməsi ilə istəyinə nail oldu”. R.Musayev “Neftçi”yə qarşı məşədilərin, seyidlərin təsir göstərməsi ilə bağlı fikrin üstündə qaldığını söyləyib. Vitse-prezident bu sözlərinə görə, din adamlarının ondan incidiyini də qeyd edib: “Bəzi məşədilər, seyidlər bu sözlərimə görə məndən incidilər. Onlar yalnız yazının sərlövhəsini oxuyaraq, belə qənaətə gəliblər. Mən bu sözləri deməklə, bütün məşədiləri, seyidləri nəzərdə tutmamışam. Bir faktı deyə bilərəm ki, özünü seyid sayan bir şəxs yanımda şərab içib. Həmin adamın adını çəkmək istəmirəm, onu hamınız yaxşı tanıyırsınız. Onlar haqda mətbuatda yazılar gedəndə fikirləşirlər ki, guya bu, Ramin Musayevin sifarişi ilə edilib. Amma belə deyil. Mən Allahdan başqa heç kimdən qorxmuram. Komandanın uğurlu çıxış üçün sonadək mübarizəmizi davam etdirəcəyik. “Neftçi”də çaxnaşma yaratmaq istəyənlər məqsədinə çata bilməyəcəklər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR