Bank Of Baku

Rövnəq Abdullayev: “Petrjelanın “Neftçi”yə dəvət olunması komandanın oyununa “yeni nəfəs” vermək istəyimizdən gəlirdi”

Rövnəq Abdullayev: “Petrjelanın “Neftçi”yə dəvət olunması komandanın oyununa “yeni nəfəs” vermək istəyimizdən gəlirdi”
# 03 sentyabr 2007 16:07 (UTC +04:00)
“Vlastimil Petrjelanın “Neftçi”yə dəvət edilməsi komandanın oyununa “yeni nəfəs” vermək istəyimizdən irəli gəlirdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” futbol klubunun prezidenti Rövnəq Abdullayev deyib. R.Abdullayev bildirib ki, çexiyalı məşqçi Vlastimil Petrjela ilə müqavilə bağlamaqda komandanın oyun sistemində dəyişikliklər etmək məqsədi güdülüb: “Komandanı yeni ampluada sınamaq istəyirik”. Klub prezidenti yeni baş məşqçinin komandaya uğur qazandırıb-qazandırmayacağı haqda konkret fikir bildirmək istəməyib: “Petrjelanın işinin nəticəsi barədə indidən nə isə demək çətindir. Bunu zaman göstərəcək”.
Qeyd edək ki, “Neftçi” rəhbərliyi V.Petrjela ilə bu gün bir illik müqaviləyə imza atıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR