Bank Of Baku

AFFA Rövnəq Abdullayevdən Ramin Musayev barədə ciddi ölçü götürülməsini istəyir

AFFA Rövnəq Abdullayevdən Ramin Musayev barədə ciddi ölçü götürülməsini istəyir
# 04 sentyabr 2007 12:13 (UTC +04:00)
AFFA-nın Nizam-İntizam Komitəsi “Neftçi” klubunun prezidenti Rövnəq Abdullayevə məktub göndərib. “APA-Sport” agentliyinin məlumatına görə, məktubda vitse-prezident Ramin Musayev haqda ölçü götürülməsi əksini tapıb. Belə ki, R.Musayev XVI Azərbaycan çempionatının IV turunda keçirilmiş “İnter” “Neftçi” oyunu başa çatandan sonra hakimlər briqadasını nalayiq sözlərlə təhqir edib. Bu səbəbdən NİK vitse-prezidenti 4 oyunluq cəza ilə yanaşı, komandanı 4000 manat cərimə edib. R.Musayevin dəfələrlə NİK tərəfindən cəzalandırılması haqqında klubun prezidenti Rövnəq Abdullayevə bu barədə ciddi ölçü götürülməsi barədə məlumat verilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR