Bank Of Baku

Yunanıstan yığması sabah Bakıya gələcək

Yunanıstan yığması sabah Bakıya gələcək
# 04 sentyabr 2007 12:28 (UTC +04:00)
Azərbaycanın olimpiya yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində rəqibi olan Yunanıstan millisi sabah Bakıya gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, rəqib komanda Bakıya millimizlə oyuna üç gün qalmış gəlməyə üstünlük verib. Sentyabrın 8-də millimizlə görüşəcək yunanıstanlılar Afina - İstanbul - Bakı hava reysilə saat 17:50-də Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcək. “Park İnn” otelində qalacaq Yunanıstan hazırlığını yığmamızla görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionu ilə yanaşı, Zabratdakı arenada keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR