Bank Of Baku

Əli Hüseynov: “Murad Məmmədov nə yatıb ki, nə də yuxu görə?”

Əli Hüseynov: “Murad Məmmədov nə yatıb ki, nə də yuxu görə?”
# 04 sentyabr 2007 14:09 (UTC +04:00)
“Ölkə çempionatı təzə başlansa da, hakimlər nöqsanlar buraxırlar və buna görə də cəzalandırılırlar”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sabiq sədri Əli Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, hakimlər son vaxtlar daha çox səhvlərə yol verirlər: “Mən Hakimlər Komitəsinə iki il sədrlik etmişəm. Həmin vaxtda cəmi bir nəfər hakimlikdən ömürlük uzaqlaşdırılıb. Çempionatların qalibləri yalnız axırıncı turda müəyyənləşib. Amma indiki hakimlər daha ciddi səhvlər buraxırlar”. Ə.Hüseynov Hakimlər Komitəsinin hazırkı sədri Murad Məmmədov barəsində geniş danışmaq istəməyib. O. M.Məmmədovun işinə qiymət verməyin tez olduğunu söyləyib: “Murad Məmmədov normal adamdır. Onun şəxsi keyfiyyətləri qənaətbəxşdir. Ancaq komitədəki fəaliyyətin haqqında fikir yürütmək tezdir. O, nə yatıb ki, nə də yuxu görə?”
Qeyd edək ki, bu il iyulun 20-də AFFA-da tutduğu vəzifədən istefa verən Ə.Hüseynov hazırda idman məktəblərinin birində aparıcı baş mütəxəssis kimi çalışır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR