Bank Of Baku

Qəbələ şəhər stadionunda tikinti işləri başlanıb

Qəbələ şəhər stadionunda tikinti işləri başlanıb
# 05 sentyabr 2007 07:25 (UTC +04:00)
Bu gündən etibarən “Qəbələ” klubunun ev oyunlarını keçirdiyi Qəbələ şəhər stadionunda tikinti işləri başlanıb. Komandanın mətbuat katibi Nail Kərimovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, stadionda süni örtüklü meydança inşa olunur. Bu məqsədlə Bakıdan Qəbələyə bir qrup mütəxəssis yollanıb. Meydançanın təməli bir neçə ay öncə qoyulsa da, tikinti işləri qeyri-müəyyən səbəbdən yubanıb. N.Kərimov bildirib ki, süni örtüklü meydançada əsasən “Qəbələ”nin uşaq komandaları məşq edəcəklər. Rütubətli havada isə Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv də bu meydançadan yararlanacaq. Süni örtüklü meydança 2008-ci ilin yayında hazır olacaq. Tikinti işləri “Qəbələ”nin ev oyunlarının mərkəzi stadionda keçirməsinə maneçilik törətməyəcək. Gələn il Qəbələ şəhər stadionunda öt örtüklü ehtiyat meydançanın tikintisi də nəzərdə tutulub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR