Bank Of Baku

Branimir Subaşiç dünyanın ən sərrast futbolçuları siyahısında 64-cü yerdədir

Branimir Subaşiç dünyanın ən sərrast futbolçuları siyahısında 64-cü yerdədir
# 05 sentyabr 2007 09:01 (UTC +04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) cari ilin ən sərrast futbolçularının siyahısını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 79 oyunçu arasında “Neftçi” klubunun və Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç də yer alıb. Hesabındakı 5 qolla 64-cü pillədə yer alan olan serbiyalı futbolçu İspaniya yığmasının və “Valensiya” klubunun hücumçusu David Silvanı qabaqlayıb. D.Silvanın da B.Subaşiç kimi 5 qol vurduğunu göstərən İFFHS milli komandanın heyətində vurulan qolları əsas götürdüyü üçün futbolçumuzu ispaniyalıdan öndə qeyd edib. Amma əslində, B.Subaşiç 2007-ci ildə Azərbaycan yığmasının heyətində İFFHS-in göstərdiyi kimi 4 yox, 3 qol vurub. Belə ki, serbiyalı hücumçu martda Qazaxıstanda keçirilən “Alma TV kuboku” turnirində Özbəkistanla, iyunda Bakıda Qazaxıstanla rəsmi matçda və avqustda Tacikistanla səfərdə keçirilən yoldaşlıq görüşündə fərqlənib. İFFHS futbolçuların qitə miqyaslı yarışlarda fərqlənməsini də nəzərə alıb və B.Subaşiçin UEFA kubokunun birinci təsnifat mərhələsində Avstriyanın “Rid” klubu ilə Bakıda keçirilmiş cavab görüşündə vurduğu bir qol da qeydə alınıb. Ümumiyyətlə, İFFHS siyahıda minimum 5 qol vuran futbolçuları göstərib. Bu səbəbdən B.Subaşiç vurduğu 4 qolla 79 futbolçu sıralamasına düşməməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR