Bank Of Baku

Valeri Abramidze: “Azərbaycanın ən yaxşı komandası “Neftçi”dir”

Valeri Abramidze: “Azərbaycanın ən yaxşı komandası “Neftçi”dir”
# 05 sentyabr 2007 10:57 (UTC +04:00)
“Vlastimil Petrjelanın “Neftçi” klubunun baş məşqçi postuna keçməsi Rusiyada təəccüblə qarşılanıb”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun sabiq müdafiəçisi Valeri Abramidze deyib. Moskvanın “Spartak” klubunda çıxış etdiyi dövrdə V.Petrjelanın çalışdırdığı “Zenit”ə qarşı oynadığını vurğulayan V.Abramidze çexiyalı məşqçinin Azərbaycan gəlməsini böyük uğur kimi qiymətləndirib: “Zenit”in tərəqqisi Petrjela ilə bağlıdır. Məhz onun “Zenit”in sükanı arxasına keçməsindən sonra komanda uğurla çıxış etməyə, nəticə qazanmağa başladı. “Neftçi”nin belə mütəxəssisi baş məşqçi postuna gətirməsi komandaya yalnız başucalığı gətirir. Bu təyinatı təəccüblə qarşılayan rusiyalılara “Neftçi”nin iddialı, postsovet məkanı təmsilçiləri arasında iddiasına görə seçilən, Petrjela kimi mütəxəssislə işbirliyi reallaşdırmağa qadir klub olduğunu başa salıram. “Neftçi” Azərbaycanda ən yaxşı komandadır”. V.Abramidze Qurban Qurbanovun istefasına da münasibət bildirib: “Neftçi” UEFA kubokunda növbəti mərhələyə yüksələcəyi təqdirdə, Qurban sakitcə işini davam etdirəcəkdi. Ancaq bunun reallaşmamağı vəziyyətə bu həddə gətirib çıxardı. Qurbanov məşqçilikdə təcrübəsi olmadığı halda, debüt ilində “Neftçi”yə gümüş medal qazandırdı. Komanda çempion olmağa çox yaxın idi. Ancaq klub rəhbərləri hər şeyə tez nail olmaq istədiyindən, Qurban Qurbanov kimi gənc məşqçilər belə aqibətlə üzləşir”.
Qeyd edək ki, V.Abramidze “Neftçi” klubunda iki çıxış etdikdən sonra hazırda müqavilə ilə məxsus olduğu “Xəzər-Lənkəran”ın heyətində də Azərbaycan çempionluğunu qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR