Bank Of Baku

Ünal Karaman: “Azərbaycan futbolunun inkişafında bizim də rolumuz olarsa, buna çox sevinərik”

Ünal Karaman: “Azərbaycan futbolunun inkişafında bizim də rolumuz olarsa, buna çox sevinərik”
# 05 sentyabr 2007 12:46 (UTC +04:00)
“İlk növbədə qrup mərhələsində birinci yeri tutaraq, Avropa çempionatının finalına vəsiqə qazanmaq istəyirik. Buna nail ola bilməsək, ayrı-ayrı qruplarda ikinci pilləni tutmuş ən yaxşı 4 komanda arasına düşməyə çalışacağıq. Ancaq bunun riskli olduğunu bildiyimiz üçün qrup mərhələsini lider kimi başa vurmaq niyyətindəyik”. Bu sözləri “APA-Sport” agentliyinin Türkiyə bürosuna açıqlamasında bu ölkənin 21 yaşınadək futbolçulardan ibarət milli komandasının (U-21) baş məşqçisi Ünal Karaman deyib. Çalışdırıcı bildirib ki, rəhbərlik etdiyi komandanın qitə birinciliyinin final mərhələsinə qatılmaq şansı yüksəkdir. Türkiyənin əsas yığmasının baş məşqçisi Fatih Terimlə birgə gələcəyin komandalarını yaratmağı qarşıya məqsəd qoyan Ü.Karaman bu istiqamətdə aparılan işlərdən danışıb: “Mən artıq 7 ildir yığma komandalarda çalışıram və buna görə də bütün futbolçuları yaxından tanıyıram. Milli komandalarımızdakı oyunçuların nəinki istedadlarına, hətta özəl həyatlarına da yaxından bələdəm. Biz türk xalqının istedadına güvənirik. Bizim üçün səhvə yol vermədən yaxşı heyət formalaşdırmaq böyük önəm daşıyır. İndi Türkiyə Superliqasında çıxış edən hər komandada Avropada forma geyə biləcək 8-10 futbolçu var”. Azərbaycanla əlaqələrə də toxunan türkiyəli məşqçi komandalarımızla bir neçə dəfə oynadıqlarını xatırladıb: “Azərbaycan bizim üçün yad ölkə deyil. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə əlaqələrimiz mükəmməldir. Qardaş ölkənin futbolunun inkişafında bizim də rolumuz olarsa, buna çox sevinərik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR