Bank Of Baku

Qyoko Hacievski: “Azərbaycan haqqında yalnız bu ölkənin Ermənistanla münaqişədə olduğunu bilirdim”

Qyoko Hacievski: “Azərbaycan haqqında yalnız bu ölkənin Ermənistanla münaqişədə olduğunu bilirdim”
# 05 sentyabr 2007 15:57 (UTC +04:00)
APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun yeni baş məşqçisi Qyoko Hacievski deyib. Klubun baş meneceri Zeynal Məmmədov və icraçı-direktor Yaşar Seyidovun da iştirakı ilə bu gün keçirilən təqdimetmə mərasimində makedoniyalı mütəxəssis Azərbaycan futbolunun qənaətbəxş səviyyədə olduğunu, eləcə də, “Bakı” klubunun oyununun onda xoş təəssürat yaratdığını bildirib: “Bakı” ölkə çempionatının qızıl medalını və kubokunu qazanıb. Azərbaycandan kənarda müxtəlif turnirlərin iştirakçısı olan bu komanda Avropada da tanınır. Bura gələnədək “Bakı” klubu haqda eşitmişdim. Komandada kifayət qədər yaxşı futbolçular var. “Standard” ilə oyunu izləyəndə inamlı təsir bağışlayan arxa xətt oyunçularının, cəld, sürətli, hərəkətli cinah yarımmüdafiəçilərinin, yaxşı driblinqə, texnikaya malik cənubi amerikalı hücumçuların olduğunu gördüm. Ancaq bizim üçün əsas kollektiv, komanda oyununa nail olmaqdır. Bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Nizam-intizamla bağlı məsələlərə xüsusi diqqət yetirəcəyini qeyd edən Q.Hacievski komandada gördüyü şəraitdən sonra uğur qazanacağına inandığını vurğulayıb: “Klubun prezident Hafiz Məmmədov, klubun baş meneceri Zeynal Məmmədov çox yaxşı, mehriban insanlardır. Komandanın hazırlıq keçdiyi idman qurğuları, oyundan əvvəl qaldığı “Delfin” otelindəki şəraiti bəyəndim. Bütün bunlarla tanış olduqdan sonra “Bakı”nın yüksək nailiyyətlər əldə etmək üçün şansının olduğunu gördüm. Bu, təkcə Azərbaycandan kənarda yox, Avropada da olmalıdır. Məqsədə çatmaq bütün bacarığımı ortaya qoyacağam. 20 ilə yaxın məşqçi işləyirəm. Bura gələnədək 6 ölkədə çalışmışam. Makedoniya millisinin baş məşqçisi olmuşam və bu müddətdə ciddi uğursuzluğum olmayıb. Vətənimdə Azərbaycanda işləməyimi bilmirlər”. Makedoniyalı mütəxəssis “Bakı”nın sabiq baş məşqçisi Böyükağa Hacıyevi tanımadığını bildirib: “Onun bir sıra komandalarda işlədiyini eşitmişəm. “Bakı” Azərbaycan çempionu edib. Komanda haqda Hacıyevdən heç bir məlumat almamışam. Hər halda, o, nəticə qazanıbsa, mən də bunu gerçəkləşdirməyə çalışacağam. Ancaq indidən deyə bilmərəm ki, çempion olacağıq”. /APA-Sport/








1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR