Bank Of Baku

“Neftçi” futbolçularını milli komandaya buraxmır

“Neftçi” futbolçularını milli komandaya buraxmır
# 06 sentyabr 2007 09:13 (UTC +04:00)
Sentyabrın 12-də Gürcüstanla oyuna hazırlıq məqsədilə bu gün bir araya gələn Azərbaycan milli komandası “Neftçi” klubunun futbolçularının xidmətindən məhrum qalıb. “APA-Sport” agentliyinin məlumatına görə, Gürcüstanla yoldaşlıq görüşünə dəvət edilən Ramin Quliyev, Ramazan Abbasov, Samir Əliyev, Aleksandr Çertoqanov və Branimir Subaşiç yığmaya buraxılmayıb. “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela bu futbolçuların komandanın düşərgəsini tərk etməsini düzgün saymayıb. Belə ki, çexiyalı mütəxəssis futbolçularının qanunda göstərilən vaxtda milliyə gedişinə imkan yaradacaq.
Qeyd edək ki, qaydalara əsasən, milli komandaya çağırılan futbolçu yoldaşlıq görüşündən 2, rəsmi oyundan isə 4 sutka əvvəl şərəfini qoruduğu klubun sıralarını tərk etməlidir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR