Bank Of Baku

İlqar Qurbanov Gürcüstanla yoldaşlıq görüşündə iştirak etməyəcək

İlqar Qurbanov Gürcüstanla yoldaşlıq görüşündə iştirak etməyəcək
# 06 sentyabr 2007 09:24 (UTC +04:00)
Azərbaycan milli komandasının yarımmüdafiəçisi İlqar Qurbanov sentyabrın 12-də Bakıda Gürcüstanla keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb 21 yaşlı futbolçunun şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubunun “Cümhuriyyət kuboku” turnirində keçirilməsi nəzərdə tutulan oyunlarıdır. Azərbaycan yığmasının baş məşqçisi Şahin Diniyev İ.Qurbanovun bu gün milli komandanın hazırlığında görməyə ümid edirdi. Ancaq futbolçu sentyabrın 8-də “Sivasspor” klubunun heyətində oyuna çıxacaq. İ.Qurbanovun qısa zaman ərzində Bakıya gəlməsini məqsədəuyğun saymayan Ş.Diniyev onu rəsmi oyunlara hazırlaşıb, həmin vaxt yığmaya gəlməyi tapşırıb. Azərbaycan milli komandasının növbəti rəsmi matçları Bakıda oktyabrın 13-də Portuqaliya, bundan dörd gün sonra isə Serbiya yığması ilə olacaq.
Qeyd edək ki, Azərbaycan yığmasının heyətində yeganə legioner olan İ.Qurbanov avqustun 22-də Tacikistanla səfərdə keçirilən yoldaşlıq görüşündə də klubunun oyunu ilə əlaqədar milliyə gəlməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR