Bank Of Baku

Emin Quliyev Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb

Emin Quliyev Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılıb
# 06 sentyabr 2007 09:34 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun yarımmüdafiəçisi Emin Quliyev Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, 30 yaşlı futbolçu zədə səbəbindən Gürcüstanla sentyabrın 12-də Bakıda keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək. Baş məşqçi Şahin Diniyev mili komandanın düşərgəsinə qatılan E.Quliyevi həkim müayinəsindən sonra zədəsinin ciddi olması haqda məlumat aldıqdan sonra evə buraxıb. E.Quliyevin komanda yoldaşı Ceyhun Sultanov da zədə problemi ilə üzləşdiyi üçün Gürcüstanla oyunu buraxa bilər. Hazırda mili komandanın həkimləri C.Sultanovu müayinə edərək, futbolçunun durumu haqda Ş.Diniyevə məlumat verəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR