Bank Of Baku

Ramin Musayev: “Futbolçularımızı milli komandaya baş məşqçi buraxmır”

Ramin Musayev: “Futbolçularımızı milli komandaya baş məşqçi buraxmır”
# 06 sentyabr 2007 11:10 (UTC +04:00)
“Futbolçuları Azərbaycan milli komandasının məşqlərinə baş məşqçi Vlastimil Petrjela buraxmayıb”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev deyib. Vitse-prezidentin sözlərinə görə, V.Petrjela futbolçuların hazırlıq səviyyəsini yüksəltmək üçün bu addımı atıb: “Bildiyiniz kimi, komandamıza yeni baş məşqçi gəlib. O, ixtiyarında olan futbolçuları milli çempionatın oyunlarına daha yaxşı hazırlamaq üçün onlara müntəzəm məşq keçmək istəyir”. R.Musayev bildirib ki, Samir Əliyev, Ramin Quliyev, Ramazan Abbasov, Aleksandr Çertoqanov və Branimir Subaşiçin yığmaya buraxılmaması qayda pozuntu deyil: “Bununla bağlı, tələblər, qanunlar var. Futbolçu yoldaşlıq görüşləri zamanı 48 saat əvvəl yığmaya getməlidir”. Vitse-prezident, həmçinin bildirib ki, Azərbaycan milli komandasının sentyabrın 12-də Gürcüstanla məhz yoldaşlıq görüşündə qarşılaşacağı V.Petrjelanın qərarında həlledici rol oynayıb: “Gürcüstanlılarla yoldaşlıq görüşü keçirəcəyik. Əgər seçmə mərhələsinin matçı olsaydı, istənilən vaxt oyunçularımızı yığmaya buraxırdıq. Özü də bunu AFFA rəhbərliyinə görə deyil, özümüzün, millətimizin komandası naminə edərdik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR