Bank Of Baku

Vlastimil Petrjela: “Mənim milli komandanın baş məşqçiləri ilə həmişə problemim olub”

Vlastimil Petrjela: “Mənim milli komandanın baş məşqçiləri ilə həmişə problemim olub”
# 06 sentyabr 2007 11:42 (UTC +04:00)
“Mənim yığma komandanın baş məşqçiləri ilə həmişə problemim olub. Düzdür, Şahin Diniyevlə də problem olmasını istəməzdim. Ancaq futbolçuların milli komandaya yoldaşlıq görüşündən 6 gün əvvəl yollanmasını məqsədəuyğun saymıram. Qaydalara əsasən, yoldaşlıq görüşü üçün futbolçu yığmanın heyətinə oyuna 48 saat qalmış yollanmalıdır. “Neftçi” klubundan milliyə çağırılan futbolçular da həmin vaxt yığmanın düşərgəsində olacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. “Neftçi” klubunun heyətində beş futbolçunu sentyabrın 12-də Bakıda Gürcüstanla keçiriləcək yoldaşlıq görüşünə buraxmayan çexiyalı mütəxəssis vətənində və Rusiyada çalışdığı vaxtda da analoji halla üzləşdiyini vurğulayıb: “Çexiyada və Rusiyada işlədiyim zaman belə hallarla rastlaşırdım. Futbolçular yığmadakı hazırlıqdan sonra kluba yorğun gəlirdilər. Bu səbəbdən milli komandanın oyunlarından sonrakı matçda uduzurduq. Futbolçu millinin düşərgəsinə taktiki hazırlıqda işləmək üçün yollanır. Yığmanın baş məşqçisi hazırlıq zamanı futbolçu ilə əsasən taktiki planda söhbətləşir. Futbolçular milli komanda üçün klublarda hazırlanır və mən də buna çalışacağam. Hazırda komandamda futbolçuların fiziki hazırlığına xüsusi diqqət yetirirəm, mənə vaxt lazımdır. Belə olan halda, futbolçunun yığmaya erkən getməsi mənə sərf etmir. Futbolçu millidə mən istədiyim kimi hazırlanmayacaq və yorğun halda geri qayıdacaq”. Klub baş məşqçisi kimi ilk növbədə nəticəyə cavabdeh olduğunu deyən və yığma komandadakı həmkarları ilə problemlərə vərdiş etdiyini burğulayan V.Petrjela gələcəkdə də prinsipiallığını qorumaq fikrində olduğunu bildirib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR