Bank Of Baku

Fuad Əsədov: “Neftçi” cəzalandırıla bilər”

Fuad Əsədov: “Neftçi” cəzalandırıla bilər”
# 06 sentyabr 2007 15:24 (UTC +04:00)
AFFA prezidentinin müşaviri Fuad Əsədov “Neftçi” klubu rəhbərliyinin futbolçularını Azərbaycan milli komandasına buraxılmamasını mənəvi, vətənpərvərlik baxımından düzgün hesab etməyib. Milli assosiasiyanın sabiq baş katibi “APA-Sport” agentliyinə açıqlamasında bildirib ki, “Neftçi” rəhbərliyini bu addımı yığmanı çətin vəziyyətdə qoyub: “Bu məsələyə mənəvi tərəfdən yanaşsaq, təbii ki, “Neftçi” rəhbərliyinin hərəkətini düzgün saymaq mümkün deyil. Çünki məhz bu komandanın oyunçularına görə hazırda yığmanın düşərgəsində 10 futbolçu var”. Bununla belə, F.Əsədov “Neftçi”nin reqlamenti pozmadığını deyib: “Reqlamentə əsasən, istənilən klub öz futbolçusunu yığmanın düşərgəsinə yoldaşlıq görüşündən 48 saat öncə göndərməlidir. Deməli, reqlament baxımından “Neftçi”yə irad tutmaq olmaz”. AFFA rəsmisi klubun cəzalandırılacağını da istisna etməyib: “Yığma və klub arasında yaranan belə mübahisəli məsələnin üçüncü tərəfi də var. Əgər klub ümumiyyətlə oyunçusunu milli komandaya buraxmazsa, cəzalandırılmalıdır. “Neftçi” öz futbolçularını sentyabrın 10-da da yığmanın məşqlərinə qoşulmasına imkan verməyəcəyi təqdirdə, müəyyən məbləğdə cəzaya məruz qalacaq”.
Qeyd edək ki, mövcud qaydaları əsas gətirən “Neftçi” rəhbərliyi Samir Əliyev, Ramin Quliyev, Ramazan Abbasov, Aleksandr Çertoqanov və Branimir Subaşiçi milli komandamızın sentyabrın 12-də Gürcüstana qarşı keçirəcəyi yoldaşlıq görüşünün hazırlığına buraxmayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR