Bank Of Baku

“Neftçi” klubunun rəhdərliyi futbolçuları yığmaya buraxmağa razılıq verdi

“Neftçi” klubunun rəhdərliyi futbolçuları yığmaya buraxmağa razılıq verdi
# 06 sentyabr 2007 19:21 (UTC +04:00)
“Neftçi” klubunun yeni təyin olunmuş baş məşqçisin Vlastimil Petrjelanın komandanın hazırlıq səviyyəsini yüksəltmək naminə Azərbaycan yımasının sentyabrın 12-də Gürcüstanla oyuna hazırlıq məşqlərinə futbolçuların buraxmayacağı haqqında yayılan məlumatdan sonra az qala ictimaiyyətin qınağına çevrilən klub rəhbərliyi fikrini dəyişməyə məcbur oldu. “Neftçi” klubunun rəhdərliyi futbolçuları yığmaya buraxmağa razılıq verdi. “APA-Sport” agentliyinin məlumatına yığmada çıxış edən “Neftçi”nin 5 futblçusu - Samir Əliyev, Ramin Quliyev, Ramazan Abbasov, Aleksandr Çertoqanov və Branimir Subaşiç sabahdan yığmanın təlim-məşq toplanışına qatılacaq. Baş məşqçisi Şahin Diniyev isə daha 3 futbolçunun da heyətə cəlb etdiyini bildirib. Bunlar Malik Şükürov (“İnter”), Rəşad Kərimov (“Xəzər-Lənkəran”) və Fərrux İsmayılovdur. (“Olimpik”).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR