Klaus Topmöller: “Bakıya qələbə qazanmaq üçün gəlirik”
- Hələlik bütün diqqətimi sentyabrın 8-də Ukrayna ilə Tiflisdə keçirəcəyimiz oyuna yönəltmişəm. Bu, 2008-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçımızdır. Yalnız bundan sonra Azərbaycanla yoldaşlıq görüşü haqda fikirləşəcəyəm. Gürcüstan yığması hər bir oyuna çox ciddi yanaşmalıdır. Fərqi yoxdur, rəqib kimdir, kiminlə görüşür. İstər dünya çempionu İtaliya ilə oynayaq, istərsə də Azərbaycanla. Biz rəsmi oyunla yoldaşlıq görüşünün fərqinə varmırıq. Futbolçular hər bir oyuna böyük məsuliyyətlə, ciddi yanaşmalıdır.
- Yəni, Gürcüstana rəsmi oyunda olduğu kimi, Azərbaycanla yoldaşlıq görüşündə də nəticə vacibdir”¦
- Əlbəttə. Azərbaycanla yoldaşlıq görüşündə bir neçə yeni futbolçunu sınamağı planlaşdırmışam. Bununla belə, nəticə də öz növbəsində çox vacibdir. Biz Bakıdakı oyuna qələbə qazanmaq üçün çıxacağıq.
- Ukrayna ilə çətin rəsmi oyundan sonra səfərdə Azərbaycanla yoldaşlıq görüşü nə qədər vacib idi?
- Bu, Ukrayna yığması ilə ağır oyunla bağlı deyil. Biz Ukrayna ilə yox, məsələn, Farer adaları ilə də qarşılaşa bilərdik. Sadəcə, Gürcüstan Futbol Federasiya FİFA-nın yoldaşlıq görüşləri üçün nəzərdə tutduğu vaxtlardan həmişə maksimum yararlanmağa çalışır. Yəni, istəyimiz sınaq matçları keçirməklə, təqvimin boş qalmamağıdır. Bunun üçün sentyabrın 12-də yoldaşlıq görüşünə rəqib axtarışı istiqamətində demək olar bir il iş gedirdi. Müxtəlif futbol federasiyaları ilə danışıqlar aparılırdı. Federasiyaların bir çoxu ilə razılıq əldə olunmadı. Belə ki, bəziləri kommersiya oyunu keçirməyi təklif edirdilər. Bəziləri ilə danışıqları sonadək başa çatdırmaq mümkün olmadı. Bildiyimə görə, Azərbaycan yığması da sentyabrın 12-də yoldaşlıq görüşü keçirməkdə maraqlı olub və rəqib axtarışında idi. Azərbaycan yoldaşlıq görüşü keçirmək təşəbbüsü ilə çıxış etdi. AFFA-dan yoldaşlıq görüşü keçirməklə bağlı təklif nəzərdə keçirilmişdi və sonda bu variantı qəbul etdik.
- Azərbaycan azarkeşləri Gürcüstan yığmasının liderləri “Milan”ın müdafiəçisi Kaxa Kaladze, “Şalke”nin yarımmüdafiəçisi Levon Kobiaşvili kimi tanınmış futbolçuların oyununu Bakıda canlı izləmək istəyirdilər. Ancaq bu futbolçular Ukrayna ilə Tiflisdəki rəsmi görüşdən sonra yığmanın sıralarını tərk edəcəklərindən, Bakıya gəlməyəcəklər. Olmazdı ki, həmin futbolçular FİFA-nın təqvimində nəzərdə tutulan vaxtda, sentyabrın 12-də Azərbaycanla yoldaşlıq görüşündə də iştirak etsin və bundan sonra klublarına qayıtsınlar?
- Azarkeşlərin Kaladze, Kobaişvilinin oyununu stadiondan canlı izləmək istəyi başa düşüləndir. Ancaq məsələ ondadır ki, birincisi, milli komandada yeni futbolçuları sınamaq lazımdır. Həmin futbolçular ki, gələcəkdə Gürcüstan millisinin aparıcı üzvləri ola və elə həmin Kaladze, Kobiaşvilini layiqincə əvəz edə bilərlər. İkincisi də, biz bu futbolçuların çıxış etdiyi klublara güzəştə getdik. Misal üçün, Kobiaşvilinin şərəfini qoruduğu “Şalke”nin Almaniya Bundesliqasında “Bavariya” ilə vacib, çətin oyunu var. Biz də bunu nəzərə alaraq, Kobiaşvilinin Ukrayna yığması ilə oyundan sonra klubunun hazırlığına qatılmasına imkan yaratdıq.
- Azərbaycan milli komandası, Azərbaycan futbolu haqda hansı məlumata maliksiniz?
- Futbolun inkişafı prosesi artıq bütün dünyada genişlənir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkənizdə iş adamları, biznes şirkətləri futbola sərmayə qoymaqda maraqlıdırlar. Azərbaycan futboluna imkanlı şəxslər, təşkilatlar tərəfindən külli miqdarda vəsaitin qoyulması gələcəkdə öz bəhrəsini mütləq verəcək. Bu gün futbola qoyulan sərmayənin müqabilində nəticədən razı deyilsinizsə, nə vaxtsa bu problem həllini tapacaq. Azərbaycan milli komandasına gəlincə, Ukrayna ilə rəsmi matçdan sonra yığmanızın oyunu barədə ciddi təhlil aparacağam. Gürcüstan Futbol Federasiyasının AFFA ilə yaxşı əlaqələri var. Onlar üçün yığmanızın oyunu olan kaseti əldə etmək heç bir problem deyil. Bütün bu məsələlər oyunadək müzakirə edilib.
- Gürcüstan yığması böyük potensiala malik olduğu halda, indiyədək seçmə mərhələ oyunlarında nəticə qazana bilmir. Bu, Sizin milli komandaya rəhbərlik etdiyiniz dövrdə də davam edir. Gürcüstanın mötəbər turnirlərin final mərhələsinə çıxa bilməməyinin səbəbini nədə görürsünüz?
- Komandanın qurulması prosesi bir il çəkmir, hətta iki ili də əhatə etmir. Görülən iş öz bəhrəsini üç-dörd ildən sonra verməlidir. Əlbəttə, bizim hazırkı seçmə mərhələdə qazandığımız nəticə qənaətbəxş deyil. Hesabımızda cəmi 6 xal var. Bu da Farer adaları yığması ilə oyunlarda qazanılan iki qələbə sayəsindədir. Ancaq oyunun keyfiyyəti, futbol adlandırdığımız oyun artıq həm mənim, həm də gürcüstanlı azarkeşlərin görmək istədiyi səviyyəyə yaxınlaşır. Bu, ideala yaxınlaşmasa da, hər halda, irəliləyiş var. Bizim hazırkı seçmə mərhələdə yaxşı oyunlarımız olub. Misal üçün, Ukrayna ilə Kiyevdə keçirilən matçın gedişində hesabda 2:1 irəlidə idik. Ancaq sonradan belə demək mümkündürsə, müdafiədə buraxılan uşaq səhvlərindən iki qol buraxaraq, 2:3 hesabı ilə məğlub olduq. Yaxud, İtaliya yığması ilə Tiflisdəki oyunu götürək. Biz dünya çempionları ilə 60 dəqiqə bərabər mübarizə apardıq. Ancaq sonradan aparıcı futbolçularımızdan birinin qırmızı vərəqə alaraq, meydandan qovulması oyunun gedişinə öz mənfi təsirini göstərdi. Nəticədə iki qol buraxaraq, 0:2 hesabı ilə məğlub olduq. Şotlandiya ilə səfərdə də çox yaxşı oyun nümayiş etdirdik. Ancaq 89-cu dəqiqədə məntiqə uyğun olmayan qol buraxıb, 1:2 hesabı ilə uduzduq. Bir sözlə, Gürcüstan yığmasının nümayiş etdiyi oyun nəticə ilə üst-üstə düşmür. Yəni, hesabımızda hazırda olduğu kimi, 6 yox daha çox xal olmalıdır. Bu mənada Ukrayna ilə sabah öz meydanımızda keçirəcəyimiz oyun bizim üçün nəticə qazanmaq baxımından çox vacibdir. İstənilən halda, Gürcüstan futbolunun, milli komandanın tərəqqisi faktdır. Bu, şübhə doğurmur, heç müzakirəsi obyekti də deyil.
- Azərbaycanda çıxış edən gürcüstanlı futbolçuların oyununu izləyirsinizmi? Ölkəmizdə legioner həyatı yaşayan gürcüstanlı oyunçuları gələcəkdə milli komandaya cəlb etmək fikrindəsiniz?
- Gürcüstan millisinin qapıları hər futbolçu üçün açıqdır. Azərbaycanda çıxış edən gürcüstanlı futbolçuların milliyə cəlb edilməsi variantı istisna deyil. Bu məsələ kompleks xarakteri daşıyır. Yığmada nəsil dəyişmə prosesi yaxınlaşır. Aparıcı futbolçularımızın yaşı artıq 30-u haqlayıb və onlara layiqli əvəzedici lazımdır. Əsas odur ki, futbolçular yığmaya tam hazır vəziyyətdə gəlsinlər. Çünki millinin baş məşqçisinin futbolçu ilə bütün bir il ərzində işləməyə imkanı yoxdur. Baş məşqçinin sərəncamına gələn futbolçu ilə cəmi üç gün işləmək imkanı olur. Azərbaycan klublarında daim əsas heyətdə çıxış edən, yüksək səviyyəli oyun nümayiş etdirən gürcüstanlı futbolçunu milli komandaya dəvət etməyim mümkündür. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb
“Fənərbaxça” İsmail Kartalın komandanın baş məşqçisi postunda qaldığını açıqlayıb
Avropa Komissiyası Ukraynaya “Patriot” raketləri və PUA-lar üçün 6,1 milyard avro ayırıb
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq