Bank Of Baku

Vlastimil Petrjela: “Şahin Diniyevə problem yaratmaq istəmədim”

Vlastimil Petrjela: “Şahin Diniyevə problem yaratmaq istəmədim”
# 07 sentyabr 2007 11:02 (UTC +04:00)
“Mənə dedilər ki, futbolçuları milli komandaya burax. Azərbaycan futbolunda yeni işə başlayan bir şəxs kimi, yığma komandanın baş məşqçisi Şahin Diniyevə problem yaratmaq istəmədim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela deyib. Azərbaycan yığmasının sentyabrın 12-də Gürcüstanla Bakıda keçirəcəyi yoldaşlıq görüşünə çağırılan Ramin Quliyev, Ramazan Abbasov, Samir Əliyev, Aleksandr Çertoqanov və Branimir Subaşiçi matça iki gün qalmış buraxmaq istəyən V.Petrjela fikrindən daşınıb. Çexiyalı mütəxəssis hadisələrin belə axar almasına şərh verməyi məqsədəuyğun saymayıb: “Azərbaycan millisinə çağırılan futbolçularımızın vaxtından əvvəl yığmanın düşərgəsinə yollanmasına şərh vermək istəmirəm. “Neftçi” klubu rəhbərliyindən mənə zəng gəldi və belə məsləhətləşdik ki, qoy futbolçular milli komandaya getsinlər. Burada qorxulu heç nə yoxdur. Milli komandaya problem yaratmaq istəmədik. Ancaq mən yenə də fikrimdə qalıram ki, yoldaşlıq görüşünə 6 gün əvvəl hazırlığa başlamaq düzgün deyil. Gələcəkdə rəsmi oyunlar zamanı futbolçunun qanunvericilikdə nəzərdə tutulduğu kimi, 4 gün qalmış yollanmasını təkid edəcəyəm”. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR