Bank Of Baku

Türkiyə Futbol Federasiyası AFFA-nın təklifinə rədd cavabı verib

Türkiyə Futbol Federasiyası AFFA-nın təklifinə rədd cavabı verib
# 07 sentyabr 2007 14:08 (UTC +04:00)
Türkiyə Futbol Federasiyası (TFF) bir müddət öncə AFFA-dan aldığı təklifə rədd cavabı verib. Belə ki, TFF rəhbərliyi 19 yaşınadək qızlardan ibarət Azərbaycan milli komandasının (U-19) İstanbul şəhərində təlim-məşq toplanışı keçməsinə şərait yaratmaqdan imtina edib. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov məlumat verib. Onun sözlərinə görə, türkiyəlilər yığmamızı 15-22 sentyabr aralığında qəbul etməyə razı olmayıblar. U-19-un göstərilən vaxtda İstanbulda həm təlim-məşq toplanışı keçməsi, həm də Türkiyə ilə yoldaşlıq görüşündə qüvvəsini sınaması nəzərdə tutulmuşdu. Amma qarşı tərəfin imtinasından sonra səfər ləğv olunub. Yeniyetmə futbolçularımız 25 gündən sonra Avropa çempionatının seçmə mərhələsində Ermənistanla qarşılaşacaqlar. Milli komandamızın həmin görüşə daha ciddi hazırlaşması məqsədi ilə AFFA rəsmiləri müvafiq yer və komanda axtarırlar.
Qeyd edək ki, az öncə U-19-un Türkiyəyə səfəri 4-8 sentyabra planlaşdırılmışdı. Lakin danışıqlar zamanı federasiyalar arasında anlaşılmazlıq yaranmışdı. Belə ki, türkiyəlilər yığmamızı əvvəlcə Trabzona, ardından İstanbula dəvət etmişdilər. Futbolçularımız Trabzona avtobusla getmək istəyirdilər. Lakin TFF rəhbərliyinin fikrini dəyişməsindən yığma üzvləri İstanbula bilet problemi ilə üzləşdilər və səfər təxirə salındı. AFFA rəhbərliyinin səfərin başqa vaxta keçirilməsi təklifini isə türkiyəlilər qəbul etməyiblər. Xatırladaq ki, türkiyəlilər bu ilin mayında 3 gün Bakıda qalıblar və 2 yoldaşlıq görüşü keçiriblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR