Bank Of Baku

Ağasəlim Mircavadov: “Mənə maraqlıdır ki, “Neftçi” niyə əvvəllər futbolçularını milliyə buraxırdı, indi yox?”

Ağasəlim Mircavadov: “Mənə maraqlıdır ki, “Neftçi” niyə əvvəllər futbolçularını milliyə buraxırdı, indi yox?”
# 07 sentyabr 2007 14:46 (UTC +04:00)
“Qanun hamı üçün eyni olmalıdır. Yəni, bütün klublar öz futbolçularını AFFA-nın təyin etdiyi vaxtda milli komandaya yollamalıdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadovun sözlərinə görə, vaxtilə baş məşqçisi olduğu “Neftçi” klubunun futbolçularını milli komandaya buraxmamaq istəyi onun üçün gözlənilməz olub: “Mənə maraqlıdır ki, “Neftçi” niyə əvvəllər futbolçularını göstərilən vaxtda milliyə buraxırdı, indi yox? Yığmaya göndərdiyim futbolçulardan sonra komandamda 8-9 oyunçu qalıb. Ancaq narazılığımı bildirməyib, məşqlərimi davam etdirirəm. Azərbaycan milli komandasının baş məşqçisi əvvəllər də futbolçuların daha tez sərəncamına gəlməsi ilə bağlı klublara müraciət edib. Biz də milliyə kömək etmək, onun maraqları naminə güzəştə getmişik. Əslində, qaydalara əsasən, “Neftçi” klubunun çexiyalı baş məşqçisi Vlastimil Petrjela haqlıdır. Ancaq məsələ ondadır ki, Petrjela əcnəbi, mən isə yerli mütəxəssisəm. Milli komandamızın uğurlu çıxışında maraqlı şəxs kimi, buradakı reallığı, vəziyyəti nəzərə alıb, yığmaya lazımi köməyi göstərirəm. Hər halda, klub məşqçiləri yığma üçün də çalışmalıdırlar”. A.Mircavadov gələcəkdə belə problemlərin yaranmamağı üçün AFFA-nın bu işə qarışmalı olduğunu söyləyib: “Gələcəkdə ciddi problemlərin yaranmamağı üçün AFFA, millinin baş məşqçisi bu məsələdə çıxış yolu axtarmalıdır. Qanun hamıya şamil olunmalıdır. Yoxsa bir klub futbolçunu deyilən vaxtda milliyə buraxır, o biri isə yox, bu düzgün deyil”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR