Bank Of Baku

Gürcüstan Futbol Federasiyasının prezidenti Nodar Axalkatsi Ramiz Mirzəyevlə görüşəcək

Gürcüstan Futbol Federasiyasının prezidenti Nodar Axalkatsi Ramiz Mirzəyevlə görüşəcək
# 07 sentyabr 2007 14:47 (UTC +04:00)
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Nodar Axalkatsi Bakıya gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, N.Axalkatsi sentyabrın 11-də paytaxtımıza səfər edəcək Gürcüstan nümayəndə heyətinə rəhbərlik edəcək. Gürcüstan milli komandasının sentyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycanla yoldaşlıq görüşü ilə əlaqədar Bakıya gələn GFF prezidentinin səfəri işgüzar xarakter daşıyır. Belə ki, N.Axalkatsinin AFFA prezidenti Ramiz Mirzəyevlə görüşü nəzərdə tutulub. Prezidentlər iki ölkənin futbol federasiyalarının gələcək əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədovun üç həftə öncə Tiflisə səfəri zamanı həmkarı Uça Uqalava ilə görüşündə iki ölkənin futbol qurumları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi müzakirə edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR