Bank Of Baku

Azərbaycan olimpiya yığması Farer adalarından geridə qalıb

Azərbaycan olimpiya yığması Farer adalarından geridə qalıb
# 10 sentyabr 2007 10:34 (UTC +04:00)
Futbol üzrə Azərbaycanın olimpiya yığma komandası 2009-cu il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Yunanıstana məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Şakir Qəribovun baş məşqçisi olduğu komandamız Tofiq Bəhramov adına stadionda keçirilən görüşdə 0:2 hesabı ilə uduzub. Yunanıstanla iyunun 2-də Afinada keçirilən ilk matçda böyük hesabla məğlub olan (1:4) yığmamız topların fərqinə görə Farer adalarından da geri qaldığı üçün turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Olimpiya yığmamız növbəti oyununu sabah səfərdə Xorvatiyaya qarşı keçirəcək. Bundan başqa, Azərbaycanın yer aldığı qrupda sabah Albaniya İtaliya, ertəsi gün Farer adaları Yunanıstan görüşləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR