Bank Of Baku

Şakir Qəribov: “Mən bu futbolçularla nə edə bilərəm?”

Şakir Qəribov: “Mən bu futbolçularla nə edə bilərəm?”
# 10 sentyabr 2007 10:34 (UTC +04:00)
“Futbolçuların nümayiş etdirdiyi oyundan və nəticədən narazı qaldım. Komanda məğlub olursa, ilk növbədə baş məşqçi günahkardır. Ola bilsin ki, komandanı oyuna lazımınca kökləyə bilmədim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Yunanıstana 0:2 hesablı məğlubiyyətdən sonra Azərbaycanın olimpiya yığma komandasının baş məşqçisi Şakir Qəribov deyib. Ş.Qəribovun sözlərinə görə, komanda əvvəlki matçlarla müqayisədə daha zəif təsir bağışlayıb: “Futbolçuları tanıya bilmədim. Sanki birinci dəfə meydana çıxmışdılar. Yunanıstanla səfərdəki rəsmi, İranla yoldaşlıq görüşündə yaxşı təsir bağışlamışdılar. Oyun öncəsi komandanın matça tam hazır olduğunu bildirsəm də, görünür, yanılmışam. Futbolçular ötürmələrdə çoxlu səhvlərə yol verdilər. Orta sahə rəqibdə idi, hücumçular çox zəif təsir bağışladılar. Ancaq futbolçuların səviyyələri bundan artığına imkan vermir. Həm də oyunçuların bir çoxunun klublarında ehtiyatda qalmasını nəzərə almaq lazımdır. Belə olan halda, mən bu futbolçularla nə edə bilərəm?”
Qeyd edək ki, 6 ildir qələbəyə həsrət qalan olimpiya yığmamız rəsmi oyunlarda sonuncu qələbəsini 2001-ci ilin sentyabrın 2-də Bakıda Makedoniya yığmasını 1:0 hesabı ilə məğlub etməklə qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR