Bank Of Baku

Saşa Yunisoğlu “Qrotslin” klubunda debüt edib

Saşa Yunisoğlu “Qrotslin” klubunda debüt edib
# 10 sentyabr 2007 11:28 (UTC +04:00)
Azərbaycan yığmasının futbolçusu Saşa Yunisoğlu Polşanın “Qrotslin” klubunda debüt edib. “APA-Sport” agentliyinin məlumatına görə, həmyerlimizin Poznan şəhərini təmsil edən yeni klubunda ilk oyunu ölkə kuboku uğrunda matça təsadüf edib. “Qrotslin”in Polşa çempionu, 9 il öncə “Kəpəz”i Çempionlar Liqasında mübarizədən kənarlaşdıran LKS klubu ilə görüşü 0:0 hesabı ilə başa çatıb. Baş məşqçi Yatsek Jelinski əsas heyətdə yer verdiyi S.Yunisoğluya sonadək meydanda olmasına imkan yaradıb. 22 yaşlı müdafiəçimizin debüt oyununda qol vurmaq üçün real imkanı olub. Ancaq künc zərbəsi zamanı ötürülən topa S.Yunisoğlunun vurduğu zərbənin qapıdan keçməsinə rəqib futbolçu imkan verməyib. İşçi vizası probleminə görə “Qrotslin”də debütü yubanan futbolçumuzun ev problemi də həllini tapıb. Belə ki, klub rəhbərliyi həmyerlimizi ev oyunlarını keçirdiyi stadionun yaxınlığında üçotaqlı mənzillə təmin edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR