Bank Of Baku

Azərbaycan Gürcüstan matçının VİP biletləri 30 manatadır

Azərbaycan  Gürcüstan matçının VİP biletləri 30 manatadır
# 10 sentyabr 2007 12:58 (UTC +04:00)
Sentyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Gürcüstan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünə 27 min bilet sifariş olunub. AFFA-dan “APA-Sport” agentliyinə verilən məlumata görə, biletlər müxtəlif qiymətlərə satılır. Ən ucuz biletlərin dəyəri 1 manata bərabərdir. Bundan başqa, kassalara 2, 3, 4 və 5 manatlıq biletlər də təqdim olunub. Ən baha biletlər isə VİP (rəsmi şəxslərin lojası) sektoruna satılır. Bu sektorda bir yerin qiyməti 30 manat dəyərləndirilib. VİP lojası üçün cəmi 88 bilet sifariş edilib. Sentyabrın 4-dən satışa çıxarılan biletlərin nisbətən ucuz olması qarşıdakı oyunun yoldaşlıq görüşü xarakteri daşıması ilə bağlı deyil. Belə ki, AFFA rəhbərliyi stadiona daha çox azarkeşlərin gəlməsi üçün yeni mövsümdən etibarən 50 faiz endirim kampaniyası həyata keçirir.
Qeyd edək ki, bir neçə gün əvvəl AFFA-nın rəsmi İnternet saytında Azərbaycan Gürcüstan matçına bütün biletlərin 1 manata satıldığı barədə məlumat yer almışdı. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR