Bank Of Baku

Klaus Topmöller Azərbaycana gətirəcəyi futbolçuların adlarını açıqlayıb

Klaus Topmöller Azərbaycana gətirəcəyi futbolçuların adlarını açıqlayıb
# 10 sentyabr 2007 14:00 (UTC +04:00)
Sentyabrın 12-də Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirəcək Gürcüstan yığması Bakıya 18 futbolçu ilə gələcək. “APA-Sport” agentliyinin məlumatına görə, Ukrayna ilə Tiflisdə keçiriləcək rəsmi matça 24 futbolçu cəlb edən Gürcüstan millisinin almaniyalı çalışdırıcısı Klaus Topmöller yığmamızla görüşdə heyətdə ciddi dəyişiklik edib. K.Topmöller Bakıya gətirəcəyi heyətdə Kaxa Kaladze (“Milan”, İtaliya) və Levon Kobiaşvili (“Şalke-04”, Almaniya) ilə yanaşı, qapıçı Nukre Revişvili (“Rubin”, Rusiya), müdafiəçilər Georgi Şaşiaşvili (“Şturm”, Avstriya), Zaali Eliava (“Skonto”, Latviya), Mate Qviniadze (“Münhen-1860”, Almaniya), yarımmüdafiəçilər Sandro Kobaxidze, Georgi Merebaşvili (hər ikisi “Dinamo”, Tiflis), hücumçular Aleksandr İaşvili (“Karlsrue”, Almaniya), Georgi Demetradze (“Arsenal”, Ukrayna) və David Siradzeyə (“Paderborn”, Almaniya) yer verməyib. Almaniyalı mütəxəssis bu oyunçuların əvəzinə Gürcüstanın “Vit-Corciya” və “Ameri” klublarından 5 futbolçuya dəvət göndərib. Bunlar Ukrayna ilə matça çağırılmayan David Lomaya, Georgi Kvaxadze, Georgi Tekanosidze, David Bakvadze və David Dolidzedir. Qeyd edək ki, sabah Bakıya gələcək Gürcüstan millisinin heyətinin yarısı legionerlərdən təşkil olunub.
Qapıçılar: Georgi Lomaya (“Karpatı”, Ukrayna), Georgi Makaridze (“Dinamo” Tbilisi).
Müdafiəçilər: İlya Kandelaki (“Karl Tseys”, Almaniya), Otar Xizaneyşvili (“Frayburq”, Almaniya), Laşa Salukvadze (“Rubin”, Rusiya), Malxaz Asatiani (“Lokomotiv” Moskva, Rusiya), David Lomaya, Georgi Kvaxadze (hər iksi “Vit-Corciya”, Gürcüstan).
Yarımmüdafiəçilər: Levan Tskitişvili (klubsuz), Caba Kankava (“Dnepr”, Ukrayna), Zurab Menteşaşvili (“Ventspils”, Latviya), Levan Keniya (“Lokomotiv” Tbilisi), Georgi Tekanosidze, David Bakvadze, David Dolidze (hamısı “Ameri”, Gürcüstan).
Hücumçular: Otar Martsvaladze (“Zakarpatye”, Ukrayna), Laşa Cakobiya (“Metallist”, Ukrayna), Dmitri Tatanaşvili (“Ameri”, Gürcüstan). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR