Bank Of Baku

Azərbaycan Gürcüstan görüşünü Valentin Kovalenko idarə edəcək

Azərbaycan  Gürcüstan görüşünü Valentin Kovalenko idarə edəcək
# 10 sentyabr 2007 14:54 (UTC +04:00)
Azərbaycan və Gürcüstan milli komandalarının sentyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünü özbəkistanlı beynəlxalq dərəcəli hakim Valentin Kovalenko idarə edəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 32 yaşlı hakimə həmyerliləri, 34 yaşlı Rafael İlyasovla 41 yaşlı Bəxtiyar Tağıyev kömək edəcək. V.Kovalenko 2002-ci, R.İlyasov 2001-ci, B.Tağıyev isə 2005-ci ildən FİFA hakimi sayılır. Oyunun dördüncü hakimi 42 yaşlı sabiq FİFA referisi Azad Mütəllimov təyin edilib. A.Mütəllimov bu gün Bakıya gələn özbəkistanlı hakimləri müşayiət edir. “Ambians” otelində qalan hakimlər paytaxtımızı gəzməklə yanaşı, bu gün Heydər Əliyev adına Bakı İdman Sarayında futzal üzrə Çempionlar Liqasının qrup mərhələsinin oyunlarını izləməyi planlaşdırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR