Bank Of Baku

Azərbaycan yığması “Kuban” klubuna məğlub olub

Azərbaycan yığması “Kuban” klubuna məğlub olub
# 11 sentyabr 2007 08:23 (UTC +04:00)
Rusiyanın Krımsk şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası keçirdiyi ikinci yoxlama oyununda məğlub olub. “APA-Sport” agentliyinin məlumatına görə, Arif Əsədovun çalışdırdığı yığma komanda Krasnodarın “Kuban” klubuna 1:2 hesabı ilə uduzub. Komandamız ilk hissədən sonra hesabda irəlidə olsa da, fasilədən sonra buraxdığı iki qolla meydanı məğlub tərk edib. Sabah sonuncu yoxlama görüşünü keçirəcək millimiz yenə “Kuban”la üz-üzə gələcək.
Qeyd edək ki, yığmamız Krımskda keçirdiyi ilk yoxlama oyununda Obinskin “Neftyanik” klubunu 5:0 hesabı ilə məğlub edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR